Yaponiya və AB nüvə anlaşmasına dəstək veriblər
https://azeri.sahartv.ir/news/dünya-i339437-yaponiya_və_ab_nüvə_anlaşmasına_dəstək_veriblər
Yaponiya və Avropa Birliyi ABŞ-ın təzyiqlərinə rəğmən, nüvə anlaşmasına dəstək veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2019 16:09 Asia/Baku
  • Yaponiya və AB nüvə anlaşmasına dəstək veriblər
    Yaponiya və AB nüvə anlaşmasına dəstək veriblər

Yaponiya və Avropa Birliyi ABŞ-ın təzyiqlərinə rəğmən, nüvə anlaşmasına dəstək veriblər.

Dünən Yaponiyanın baş naziri Şinzo Abenin Brüsseldə Avropa Şurasının sədri Donald Tusek və Avropa Komissiyasının sədri Jan Klod Yunkerlə görüşündən sonra yayılan birgə bəyanatda Yaponiya və Avropa Birliyi bir daha nüvə anlaşmasını himayə etdiklərini vurğulayıblar.

Bu bəyanatda həmçinin deyilir ki, Yaponiya və Avropa Birliyi bir daha bazarların açıq saxlanılmasına üzrə öhdəliklərinə təkid edirlər.