London əhalisi ali-səuda etiraz aksiyası keçirib
Ərəbistandakı edamlara qarşı etirazların davamında London əhalisi aksiya keçirərək, bu cinayət amillərinin mühakimə olunmalarını istəyib.
Əlaləm telekanalı xəbər verib ki, əksər hissəsini şiələr təşkil edən səudiyyəli müxalif fəalların kütləvi şəkildə edamına qarşı çıxanlar Londonda aksiya keçirərək, bu cinayəti pisləyiblər.
Bu xəbər kanalının reportajında deyilir ki, Ərəbistandakı son kütləvi edamlar daxili yöndə bu ölkəyə hakim kəsilmiş xanədanın, xüsusən ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın tənqidçilərinin yatırılması siyasəti çərçivəsində həyata keçirilibdir.
Bu reportaj əlavə edir: Amerika və Qərb ərəbistanda qara insan haqları işini gizli saxlamaq üçün son dərəcə səy göstərirlər.
Səudiyyə daxili işlər nazirliyi çərşənbə axşamı günü "terrorçu və terrorizmlə əlaqədə olmaq " ittihamları ilə bu öklə vətəndaşlarından 37 nəfərin edam edilməsindən xəbər verdi.
Məlumatlara əsasən, səud rejiminin cəlladları bu şəxslərin boyunlarını vurublar. Həmin şəxslərin 33 nəfəri ərəbistanın şiə azlığından olubdur.
Səudiyyə rejimi daim bu ölkədəki qəbiləvi diktaturanın müxaliflərini, siyasi fəalları və şiələri terrorizm daxil olmaqla puç ittihamlarla edam edir.
Beynəlxalq və insan haqları təşkilatları dəfələrlə ərəbistanda söz azadlığının yatırılması, etirazçıların, həmçinin siyasi və hüquq fəallarının edam və həbs edilmələrini tənqid ediblər.
Bu təşkilatlların etiraflarına görə, səud rejimi dünyada ən əsas insan haqları pozucularından biridir.