May 02, 2019 09:29 Asia/Baku
  • ABŞ-da minlərlə müəllim iqtisadi problemlərə etiraz olaraq aksiya keçirdi

Amerikalı müəllimlər iqtisadi problemlərə etiraz habelə, əmək haqlarının artırılması məqsədilə aksiya keçiriblər.

APTN telekanalının bildirdiyinə görə, çərşənbə günü Şimali Karolina, Cənubi Karolina və Oreqan ştatlarında müəllimlər aksiya keçiriblər. 

Cənubi Karolina və Oreqan ştatlarının müəllimləri həmçinin, gələn həftə tətil aksiyasına başlayacaqlarını bildiriblər. 2018-ci ildə Virciniya ştatında başlanan müəllimlərin tətil aksiyası sürətlə bütün Amerikaya yayıldı. 

Müəllimlərin iqtisadi problemlərə etirazı artıq iki ildir ki, davam edir. 

Amerikada müəllim sindikatları birlikləri müəllimlərin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üzrə qanunların qəbul edilməsini istəyirlər. 

Amerikalı qanunvericilər isə bu etirazlara rəğmən müəllimlərin tələblərinə əhəmiyyət vermirlər. Müəllimlər hər dərs saatı üçün minimum 15 dollar ödənilməsini və səhiyyə xidmətlərinin artırılmasını istəyirlər. 

Teqlər