Gürcüstan prezidentinin Amerikaya səfər proqramı ləğv olunub
May 03, 2019 09:05 Asia/Baku
Gürcüstan mediaları bu ölkə prezidentinin Amerikaya rəsmi səfər proqramının ləğv olunmasından xəbər veriblər.
Gürcüstanın Rustavi-2 telekanalı dünən bildirib ki, Gürcüstan prezidenti Salome Zurrabişvilinin ABŞ prezidenti Donald Trampla bu ilin payızına planlaşdırılmış görüş proqramı naməlum dəlillərə görə, ləğv olunubdur.
Salome Zurrabişvili son zamanlar bildirmişdi ki, Gürcüstanda Amerika hərbi bazasının yaradılması məsləhət deyil və təhrikedici bir hərəkət kimi nəzərə alına bilər.
Gürcüstan prezidentinin müxalifləri Zurabişvilinin bu sözlərini pisləyərək, onu impiçmentlə hədələyiblər.