Co Bayden: Tramp bir təlxəkdir
https://azeri.sahartv.ir/news/dünya-i339920-co_bayden_tramp_bir_təlxəkdir
Demokrat partiyasından 2020-ci il ABŞ prezident seçkilərinə namizəd irəli sürülmüş Co Bayden bu ölkə prezidentinə "təlxək" ləqəbi verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2019 13:07 Asia/Baku
  • Co Bayden: Tramp bir təlxəkdir
    Co Bayden: Tramp bir təlxəkdir

Demokrat partiyasından 2020-ci il ABŞ prezident seçkilərinə namizəd irəli sürülmüş Co Bayden bu ölkə prezidentinə "təlxək" ləqəbi verib.

Bayden Cənubi Karolinada keçirilən seçki kampaniyasında deyib: Trampa vermək üçün bir çox ləqəb mövcuddur, amma mən "təlxək" ləqəbi ilə başlayıram.

Baydenin bu sözləri iştirakçıların Trampa qarşı istehzalı reaksiyalarına və gülüşlərinə səbəb olub.

CNN informasiya kanalının rəy sorğusunun aprelin otuzunda yayılan nəticələrinə əsasən, Bayden on bir xallıq sıçrayışla digər demokrat rəqiblərindən öndə getməkdə davam edir.

Bu rəy sorğusuna əsasən, Amerika xalqınnı əlli beş faizi açıq şəkildə deyibdir ki, Trampın yenidən seçilməsilə razı deyildir.