May 05, 2019 20:49 Asia/Baku
  • Fransada hökumət əleyhinə etirazlar davam edir
    Fransada hökumət əleyhinə etirazlar davam edir

Avropa Parlamenti seçkilərə 3 həftə qalıb və heç şübhəsiz Fransada Makron hökuməti ilə müxalif olanların etiraz aksiyaları bu seçkilərin taleyinə təsirsiz ötüşməyəcək.

Fransa prezidenti Emanuel Makronun başçılıq etdiyi “İrəli, Respublika “ partiyası ilk dəfə olaraq xalq tərəfindən ən çox dəstəklənən partiya statusunu itirdi.

Hətta, yağışlı hava belə hökumət əleyhinə etiraz aksiyalarının keçirilməsinə mane ola bilməmişdi.

 

Fransa vətəndaşı: "Fransanı milyarderlərə və sərmayə sahiblərinə yetm etməyə çalışan Makronu durdurmaq üçün mübarizəmizi davam etdirəcəyik."

 

Etiraz aksiyalarının davam etdiyi 170 gün ərzində insanları bir-birinə birləşdirən  başlıca amil isə anti-kapitalizm düşüncəsidir.

 

Aksiya iştirakçısı: "Biz bu gün hökumətin Fransanın ruhuna xəyanət etdiyinə inanırıq. Bir tərəfdən də ölkəni Amerikaya bənzədiblər. Pulu olan istənilən xidmətdən istifadə edir. Pulu olmayan isə ölməlidir.”

 

Artıq Fransada xalq etirazlarının forması da dəyişməyə başlayıb.

 

Aksiya iştirakçısı: "Bu gün dünya 1-4 % insan tərəfindən idarə olunur. Onlar daha artıq sərvət əldə etmək üçün müharibələr törədirlər. Buna son qoyulmalıdır və Fransa xalqı da buna nail olmaq istəyir.”

 

Qarşıdan gələn 3 həftə ərzində etiraz aksiyalarının davam etdirilməsi ilə yanaşı, polis zorakılığı nəticəsində ölən 10 nəfəri anmaq habelə, xəsarət alan və həbs edilən 13 mindən çox aksiya iştirakçısının hüquqlarını müdafiə etmək üçün də aksiyaların keçirilməsi planlaşdırılır. Bu isə Fransa prezidentinin nigaranlıqlarını daha da artırıb.

 

Teqlər