Trampın kənarlaşdırılması üçün on milyondan çox səs toplanıb
Amerikada on milyon nəfərdən çox insan petisiyalar imzalayaraq, bu ölkə prezidentinin kənarlaşdırılmasını istəyibdir.
ABŞ konqresinin demokrat nümayəndələri və Vaşinqtondakı bir neçə təşkilat dünən on milyon nəfərdən çox insanın imza atdığı petisiyalar təqdim ediblər. Onlar konqresdən istəyiblər ki, bu ölkə prezidenti Donald Trampın kənarlaşdırılması prosesinə başlasın.
ABŞ konqresinin demokrat nümayəndələri Rəşidə Talib və Al Qrin, həmçinin "Move On" və "Women's March" kimi qeyri-hökumət təşkilatları və cəmiyyətlərinin nümayəndələrindən bir neçə nəfər cümə axşamı günü konqres binasının önündə və üzərində "Tramp kənarlaşdırılmalıdır!" şüarı yazılmış böyük bir tablonun kənarında "USB" açarları təqdim ediblər ki, onlarda Trampın prezidentlikdən uzaqlaşdırılmasını istəyən şəxslərin imzaları toplanıbdır.
Digər tərəfdən, yeni rəy sorğusunun nəticələri göstərir ki, ABŞ prezidentinin impiçmentini istəyənlərin sayı son həftələrdə beş faiz artımla 45 faizə çatıbdır.
Röyters ilə "İpsos" rəy sorğusu müəssisəsinin birgə rəy sorğusunun nəticələri ondan xəbər verir ki, demokratlar və müstəqillər Trampın impiçment edilməsini günbəgün daha çox himayə edirlər.
Üç həftə bundan öncə aparılmış rəy sorğusunda amerikalıların qırx faizi Amerika prezidenti Donald Trampın impiçment edilməsini istəyirdisə, hazrıda bu rəqəm 45 faizə çatıbdır.