May 11, 2019 12:23 Asia/Baku
  • Əlcəzairdə xalq etirazları davam edir
    Əlcəzairdə xalq etirazları davam edir

Əlcəzair müxalifəti artıq 12-ci cümədir ki, paytaxtda və digər şəhərlərdə etiraz aksiyaları təşkil edir.

Əl-Cəzirə telekanalının bildirdiyinə görə, Əlcəzairdə müxalifət tərəfdarları artıq etiraz aksiyalarının 12-ci cüməsində paytaxt Əlcəzairin Poçt meydanında aksiya keçirərək, sabiq rejimə bağlı bütün orqanların buraxılmasını istəyiblər. 

Bu məlumata görə, Əlcəzairdə keçirilən etiraz aksiyaları Əlcəzairli aktivistlər və siyasi fəalların sosial şəbəkələrdəki çağırışına cavab olaraq keçirilib. 

Sosial şəbəkələrdə bu etiraz aksiyalarının keçirilməsindəki məqsəd istefada olan prezident Əbdüləziz Buteflikaya bağlı bütün dövlət orqanlarının istefaya göndərilməsi və xalqın iştirakı ilə keçid hökumətinin təşkil edilməsi tələbidir. 

Konstantinopol vilayəti və digər vilayətlərin sakinləri də korrupsioner məmurların mühakimə edilməsini tələb ediblər. 

Əlcəzair xalqı siyasi və ictimai qrupların dəstəyi ilə təqribən 3 ay öncə prezident Buteflikanın və ona bağlı ünsürlərin hakimiyyətdən getməsi və keçid şurasının təşkil edilməsi tələbi ilə aksiya keçirir. 

 

Teqlər