Fələstinə azadlıq aksiyası - London
İngiltərənin paytaxtı Londonda Fələstinə azadlıq və fələstinli didərginlər öz vətənlərinə qayıtmaq haqqına malikdirlər şüarı ilə aksiya keçirilib. Aksiya iştirakçıları Britaniya hökumətinin Fələstin xalqının hüquqlarını tanımasını və İsrail rejiminin cinayətlərinin durdurulmasını istəyiblər.
Londonun mərkəzi küçələrində Fələstinə azadlıq tələbi ilə keçirilən aksiyada 70 illikişğalçılığa son qoyulması istənildi.
BBC-nin ofisi önündən başlayan etiraz aksiyasında Fələstinə ədalət tələb edildi.
Aksiya iştirakçısı: “Sizin kimi mediaların əksinə BBC İsrailin cinayətlərinə göz yumur. Və biz BBC-nin İsrailin cinayətlərini senzura etməsinə görə aksiyamıza BBC-nin binası önündən başladıq”
Fələstin xalqının tərəfdarı olan minlərlə nəfər mübarizəni azadlığa aparan yeganə yol hesab edərək, İsraili himayə edənlərin Fələstin xalqına qarşı törədilən cinayətlərə görə məsuliyyət daşıdığını bildiriblər.
Aksiyanın davamında baş nazirlik ofisi önündə çıxış edən aksiya iştirakçıları ABŞ və Britaniyanın İsrailin cinayətlərini himayə etmələrini kəskin formada tənqid edərək, fələstinlilərin öz vətənlərinə qayıtmaq haqqına təkid ediblər.
Aksiya iştirakçısı: “Fələstin azad edilməlidir. Və Britaniya tərəfindən yaradılan və hazırda da ABŞ və Britaniya tərəfindən geniş dəstəyə malik olan İsrail fələstinlilər üçün heç bir haqq tanımadığını sübut edib. Biz Britaniya hökumətinin Fələstin xalqının hüquqlarını rəsman tanımasını istəyirik.”