May 20, 2019 11:06 Asia/Baku
  • Almaniyada ifratçı sağçılara qarşı ümumölkə yürüşü keçirilib
    Almaniyada ifratçı sağçılara qarşı ümumölkə yürüşü keçirilib

Minlərlə nəfər Almaniyanın bir neçə şəhərində və əlli digər Avropa şəhərində millətçiliyə qarşı yürüş keçirib.

On minlərlə alman Avropa parlament seçkilərinin keçirilməsindən bir həftə öncə nasionalizmə qarşı geniş yürüş keçirib.

Yürüş iştirakçılarının sözlərinə görə, bütün Almaniyada 150 min nəfər dünənki aksiyada iştirak edib. Ən böyuük yürüş 45 min nəfərlə Köln şəhərində keçirilib. Belə bir halda, bəzi nəzarətçilər yürüş iştirakçılarının sayını 20 min nəfər təxmin ediblər. Oxşar yürüşlər digər Avropa şəhərlərində də keçirilib.

Yetmişdən çox təşkilat və birlik, xalqı "Bir Avropa hamı üçün- sənin səsin millətçiliyə qarşı!" şüarı ilə keçirilən bu yürüşdə iştiraka çağırmışdı.

Yürüşün təşkilatçıları onun keçirilməsində məqsədi Avropanın demokratiyanın icrası istiqamətində hərəkət, sosial ədalət və iqlim dəyişiklikləri ilə mübarizə bəyan ediblər.

Teqlər