Rahul Qandi Hindistan parlament seçkilərindəki məğlubiyyətini qəbul etdi
https://azeri.sahartv.ir/news/dünya-i341066-rahul_qandi_hindistan_parlament_seçkilərindəki_məğlubiyyətini_qəbul_etdi
Hindistan Konqresi Partiyasının sədri Rahul Qandi cümə axşamı parlament seçkilərindəki məğlubiyyətini qəbul etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2019 09:28 Asia/Baku
  • Rahul Qandi Hindistan parlament seçkilərindəki məğlubiyyətini qəbul etdi

Hindistan Konqresi Partiyasının sədri Rahul Qandi cümə axşamı parlament seçkilərindəki məğlubiyyətini qəbul etdi.

İRİB-nin bildirdiyinə görə, 48 yaşlı Rahul Qandi Yeni dehlidə mətbuat konfransında dedi: Hindistan xalqı Mudinin baş nazir olmasını istədi. Mən xalqın rəyinə hörmət edirəm.

Hindistanın baş naziri Narendra Mudi cümə axşamı ölkədə keçirilən parlament seçkilərində qələbə çaldı. Narendra Mudinin partiyası seçkilərdə parlamentin yarısından çoxunu ələ keçirməyi bacarıb.

Hindistanda keçirilən seçkilərdə 900 milyon nəfər parlamentin 542 üzvünü müəyyən etmək üçün qeydiyyatdan keçmişdi.

Hindistanda parlament seçkiləri 7 mərhələlidir və seçkilərin keçiirlməsi 6  həftə sürür.

Hökuməti təşkil etmək üçün siyasi partiyalar parlamentdin ən azı 272 yerini əldə etməlidir.