Rəy sorğusu: Emanuel Makron siyasətlərini dəyişməlidir
https://azeri.sahartv.ir/news/dünya-i341422-rəy_sorğusu_emanuel_makron_siyasətlərini_dəyişməlidir
Fransanın hakim partiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasının ardınca fransızların 72%-i prezidentin siyasətlərinə dəyişiklik etməsini istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2019 10:45 Asia/Baku
  • Rəy sorğusu: Emanuel Makron siyasətlərini dəyişməlidir
    Rəy sorğusu: Emanuel Makron siyasətlərini dəyişməlidir

Fransanın hakim partiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasının ardınca fransızların 72%-i prezidentin siyasətlərinə dəyişiklik etməsini istədi.

Sputnik-in bildirdiyinə görə, "Odoxa Dentsu" müəssisəsinin apardığı rəy sorğusuna əsasən fransızların 63%-i prezident Emanuel Makronun partiyası olan hakim "İrəli, Respublika" partiyasının məğlubiyyətini prezidentin məğlubiyyəti hesab edib.

Respondentlərin 36%-i isə bunun əksini düşündüyünü bildirib.

Avropa Parlamentinə seçkilər 23-26 may tarixində Avropa Birliyinə üzv 28 ölkədə keçirilib. Xüsusilə Fransa və Britaniyada seçicilərin iştirak səviyyəsi ötən 20 ildə ən yüksək səviyyədə olub.