Dünyanın 30 ölkəsində Qüds günü yürüşləri
https://azeri.sahartv.ir/news/dünya-i341630-dünyanın_30_ölkəsində_qüds_günü_yürüşləri
Fələstinin ideallarını himayə etmək və ABŞ-ın "Əsrin anlaşması"na qarşı çıxmaq məqsədilə bu gün cümə dünyanın 30 ölkəsində Qüds günü yürüşləri keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2019 09:12 Asia/Baku
  • Dünyanın 30 ölkəsində Qüds günü yürüşləri

Fələstinin ideallarını himayə etmək və ABŞ-ın "Əsrin anlaşması"na qarşı çıxmaq məqsədilə bu gün cümə dünyanın 30 ölkəsində Qüds günü yürüşləri keçirilib.

Fələstin Əl-Yəum informasiya portalının bildirdiyinə görə, müxtəlif ölkələrin siyasi və ictimai qrumları İran, İndoneziya, Hindistan, Pakistan, Birləşmiş Ştatlar, Avropa ölkələri, Avstraliya və Afrika ölkələrində Qüds günü yürüşlərinin keçirilməsindən xəbər veriblər. 

Minlərlə fələstinli də bu gün Qüds günü yürüşündə iştirak edrək, Əl-Əqsa məscidinə doğru yürüş ediblər. Bamxayaraq ki, sionist rejim hərbçiləri fələstinlilərn Qüdsə daxil olmasına mane olmaq üçün təhlükəsizlik tədbirlərini gücləndiriblər. 

Ramazan ayının son cüməsi İran İslam Respublikasının qurucusu İmam Xomeyni(rə) tərəfindən Qüds günü adlandırılıb.