İyun 02, 2019 12:39 Asia/Baku
  • Almaniya və İsveçrədə Qüds günü mərasimləri keçirilib
    Almaniya və İsveçrədə Qüds günü mərasimləri keçirilib

Almaniya və İsveçrədə minlərlə nəfərin iştirakı ilə Fələstin xalqına dəstək istiqamətində Ümumdünya Qüds günü mərasimləri keçirilib.

1200-dən çox Almaniya vətəndaşı dünən axşam Berlin şəhərində Ümumdünya Qüds günü mərasimində iştirak edərək, Fələstin, Suriya və Livan xalqlarına, eləcə də Livan Hizbullahına dəstək veribdir.

Almaniya medialarının məlumatlarına görə, təqribən 500 polis qüvvəsi bu yürüş istiqamətində yerləşibmiş.

Eyni zamanda, İsveçrənin Sürix şəhərində də Ümumdünya Qüds günü mərasimi keçirilib. Yürüş iştirakçıları əllərində Fələstin bayraqları və təsvirlər tutaraq, sionist rejimin fələstinlilərə qarşı cinayətlərini nümayiş etdiriblər.

Teqlər