Albaniyada anti-hökumət aksiyası davam edir
https://azeri.sahartv.ir/news/dünya-i341793-albaniyada_anti_hökumət_aksiyası_davam_edir
Albaniya hökumətinin müxalifləri bir daha paytaxt Tiranada aksiya keçirərək, bu ölkənin baş nazirinin istefa verməsini tələb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2019 11:53 Asia/Baku
  • Albaniyada anti-hökumət aksiyası davam edir
    Albaniyada anti-hökumət aksiyası davam edir

Albaniya hökumətinin müxalifləri bir daha paytaxt Tiranada aksiya keçirərək, bu ölkənin baş nazirinin istefa verməsini tələb ediblər.

Albaniya hökumətinin müxalifləri dünən gecə baş nazirlik ofisinin önünə toplaşaraq, bu ölkənin baş naziri Edi Ramaya qarşı şüarlar veriblər.

Albaniya son aylar Edi Rama müxaliflərinin aksiyaları səhnəsinə çevrilibdir.

Aksiyaçılar Albaniya baş nazirinin hakimiyyətdən kənara çəkilməsi və ölkədə növbədənkənar seçkilərin keçirilməsi üçün müvəqqəti hökumətin təşkilini istəyirlər.

Alban etirazçılar bu ölkənin hökuməti və baş nazirini korrupsiyada və mütəşəkkil cinayətlərlə əlaqədə ittiham edirlər.

Albaniyanın baş naziri Edi Rama 2013-cü ildən hakimiyyətdədir.