İyun 03, 2019 18:02 Asia/Baku
  • Trampın Londona qalmaqallı girişi
    Trampın Londona qalmaqallı girişi

İngiltərədə xalqın və aktivistlərin kəskin etirazlarına baxmayaraq, ABŞ prezidenti Londona üçgünlük səfərə gəlib.

Amerika prezidenti Donald Tramp bu gün həyat yoldaşı Melaniya Trampla yanaşı, güclü təhlükəsizlik tədbirləri, eləcə də onlarla anti-müharibə, insan haqları və xalq qrup, orqan və təşkilatının mənfi reaksiyası ilə Londona daxil olub.

Trampın qalacağı məkanın ətrafında dəmir məhəccərlərin quraşdırılması, insanlar və avtomobillərin gediş-gəlişinə güclü nəzarətlə müşayiət olunan bəzi küçə və prospektlərin bağlanması Trampın səfəri üçün nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərinin bir hissəsidir. Mediaların bildirdiklərinə görə, bu səfər ingiltərəli vergi ödəyənlər üçün 25 milyon funt-sterlinqdən çox xərc gətiribdir.

Deyilənlərə görə, Trampın Londona səfərinə etiraz edənlərə divan tutmaq üçün on mindən çox polis məmuru işə çağırılıbdır.

Trampın Londona səfəri ilə müxalifət edənlər bildiriblər ki, sabah London, Mançester və Birmenhem şəhərlərində bir prezidentə qarşı ən böyük aksiyalardan birini keçirəcəklər.

Medialar bildiriblər ki, 250 min nəfərdən çox insan bu aksiyada iştiraka öz hazırlığını elan edibdir.

Digər tərəfdən, Tramp Londona daxil olmazdan az öncə bir twitter mesajında bu şəhərin meri Sadiq xanı "tam məğlub" adlandırıbdır.

Bundan öncə London meri Amerika prezidentinin siyasətlərini tənqid edərək, onu 20-ci əsrin faşistləri kimi danışan beynəlxalq bir təhdid adlandırmışdı.

Teqlər