İyun 09, 2019 11:20 Asia/Baku
  • Fransada sarı jiletlilərə divan tutulub
    Fransada sarı jiletlilərə divan tutulub

Fransada sarı jiletlilərin 30-cu etiraz həftəsi zorakılığa çevrilib.

Fransa polisi dünən bu ölkənin müxtəlif məntəqələrində, o cümlədən Monpelye şəhərində sarı jiletlilərlə qarşıdurmada dəyənək, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edibdir.

Fransa polisi bir qrup etirazçını da həbs edibdir.

Fransa 2018-ci il noyabrın 17-dən xalqın bu ölkə hökumətinin siyasətlərinə qarşı etirazlarının şahididir.

Etirazlar əvvəlcə Fransa prezidenti Emmanuel Makronun iqtisadi siyasətlərinə, xüsusilə yanacaq və vergilər sahəsindəki siyasətinə cavab olaraq başladı, lakin tez bir zamanda siyasi xarakter aldı.

Özlərini "sarı jiletlilər" adlandıran fransız etirazçılar Makronun siyasətlərinin Fransa vətəndaşlarına qarşı təzyiqlərin şiddətlənməsinə səbəb olduğunu bildirir və onun hakimiyyətdən getməsini tələb edirlər.

Son zamanlar "Odoksa" müəssisəsi tərəfindən Fransa radiosu və Le-Fiqaro qəzeti üçün aparılmış rəy sorğusuna əsasən, Fransa xalqının dörddə biri Makronun fəaliyyətindən razı deyildir.

Teqlər