İyun 10, 2019 08:50 Asia/Baku
  • Almaniyanın xarici işlər naziri Tehrana daxil olub
    Almaniyanın xarici işlər naziri Tehrana daxil olub

Almaniyanın xarici işlər naziri Hayko Maas İran İslam Respublikasının rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə bu gün səhər tezdən Tehrana daxil olubdur.

Hayko Maas bu gn öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, sonra isə İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə nüvə anlaşmasının son durumu, eləcə də Avropanın İranla xüsusi ticarət kanalı olan İNSTEKS(INSTEX) daxil olmaqla müxtəlif məsələlər barədə məşvərət etməlidir.

Avropa 2019-cu il janvarın 31-də nəhayət aylar sonra rəsmən Avropanın İranla xüsusi ticarət kanalı olan İNSTEKS-in işə salındığını elan etdi, lakin bu maliyə kanalı hələ də icra olunmayıbdır.

2018-ci ilin mayı. Amerikanın nüvə anlaşmasından çıxması ilə bir zamanda, kiçik və orta avropalı şirkətlərin İranla ticarətinin asanlaşdırılması üçün xüsusi maliyyə kanalının işə salınması ideyası irəli sürüldü. O zamandan bəri Avropa hər dəfə müxtəlif bəhanələrlə bu mexanizmin qeydə alınmasını təxirə salırdı.

Almaniya, İngiltərə və Fransa ABŞ-ın nüvə anlaşmasından qanunsuz şəkildə çıxmasından sonra vəd verdilər ki, İranın iqtisadi maraqlarını təmin edərək, bu anlaşmanı qoruyub saxlayacaqlar.

Teqlər