İNSTEKS(INSTEX)-in ilk tranzaksiyası həyata keçiriləcək
https://azeri.sahartv.ir/news/dünya-i342273-İnsteks(instex)_in_ilk_tranzaksiyası_həyata_keçiriləcək
Almaniyanın xarici işlər naziri Hayko Maas İran səfərindən geri döndükdən sonra ümid etdiyini bildiribdir ki, Avropanın İranla xüsusi ticarət kanalı- İNSTEKS çərçivəsində ilk tranzaksiya həyata keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2019 15:44 Asia/Baku
  • İNSTEKS(INSTEX)-in ilk tranzaksiyası həyata keçiriləcək
    İNSTEKS(INSTEX)-in ilk tranzaksiyası həyata keçiriləcək

Almaniyanın xarici işlər naziri Hayko Maas İran səfərindən geri döndükdən sonra ümid etdiyini bildiribdir ki, Avropanın İranla xüsusi ticarət kanalı- İNSTEKS çərçivəsində ilk tranzaksiya həyata keçiriləcək.

Almaniyanın xarici işlər naziri Hayko Maas bu gün İrandan geri döndükdən sonra Almaniyanın 1-ci telekanalı ilə müsahibədə İNSTEKS-in icra olunması haqda deyib ki, yekun etapların təkmilləşdirilməsilə qarşıdakı həftələrdə bu çərçivədə ilk tranzaksiya həyata keçiriləcək.

Hayko Maas dünən Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşdə Avropanın İranla xüsusi ticarət kanalı-İNSTEKS-in fəallaşması üzrə səyinə toxunaraq, deyib: Avropa Birliyi İranla iqtisadi həmkarlıqları qorumaq və genişləndirmək üçün səy göstərir.

Belə bir halda, amerikan Blumberq telekanalının məlumatına görə, Amerika prezidenti Donald Tramp İrana qarşı maksimum iqtisadi təzyiq siyasətinin davamında İNSTEKS-i sanksiya etmək məsələsini araşdırmaqdadır.