İyun 15, 2019 09:20 Asia/Baku
  • Quterreş tankerlərə hücum barədə müstəqil araşdırmanın aparılmasını istəyib
    Quterreş tankerlərə hücum barədə müstəqil araşdırmanın aparılmasını istəyib

BMT-nin baş katibi Oman dənizində tankerlərə hücum barədə müstəqil araşdırmanın aparılmasını istəyib.

Antonio Quterreş dünən Oman dənizində iki tankerə qarşı hücumu pisləyərək, deyib ki, bu hadisə barədə həqiqətlər toplanmalıdır.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu hadisəni şübhəli adlandırıb və İranın regional dialoq assambleyasının təşkili barədə təklif etdiyi layihəyə təkid edib.

İki tanker cümə axşamı günü Oman dənizində yanğına düçar oldu.

İranın limanlar və dənizçilik təşkilatının dəniz axtarışı və xilası bölməsi bu hadisənin baş verməsindən dərhal sonra bu iki tankerin ekipaj üzvlərini xilas edərək, münasib və müalicə xidmətlərinin göstərilməsi məqsədilə İrann cənubundakı Cask limanına köçürdü.

Teqlər