İyun 16, 2019 19:22 Asia/Baku
  • Almaniya ərəbistana hərbi təchizatlar satır
    Almaniya ərəbistana hərbi təchizatlar satır

Məlumatlar Almaniyanın ərəbistana 500 milyon dollar dəyərində hərbi təchizatlar satmasından söz açırlar.

Almaniyanın silah ixracatı haqdakı son hesabat göstərir ki, bu ölkə 2018-ci ildə ərəbistana təqribən 500 milyon dollar dəyərində hərbi təchizatlar satıbdır.

Belə bir halda, Berlin səudiyyəli jurnalist və səud rejimini tənqid edən Camal Qaşıqçının səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilməsindən sonra bir müddət Ərriyada silah ixracatını dayandırmışdı.

Almaniya/ Amerika, İngiltərə və Fransa ilə yanaşı, səud koalisiyasının əsas silah təminedicilərindəndir.

Beynəlxalq təşkilatlar və insan haqları orqanları indiyədək dəfələrlə təcavüzkar səud koalisiyasını himayə edən ölkələrdən istəyiblər ki, ərəbistana və əmirliklərə silah ixracatını dayandırsınlar.

Teqlər