ABŞ konqresinin nümayəndələr palatası Trampın müharibə ixtiyarlarının azaldılması haqda qərar qəbul edib
https://azeri.sahartv.ir/news/dünya-i342770-abŞ_konqresinin_nümayəndələr_palatası_trampın_müharibə_ixtiyarlarının_azaldılması_haqda_qərar_qəbul_edib
ABŞ konqresinin nümayəndələr palatasının üzvləri bir layihə qəbul edərək, bu ölkə prezidentinin müharibə ixtiyarlarını azaldıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2019 09:25 Asia/Baku
  • ABŞ konqresinin nümayəndələr palatası Trampın müharibə ixtiyarlarının azaldılması haqda qərar qəbul edib
    ABŞ konqresinin nümayəndələr palatası Trampın müharibə ixtiyarlarının azaldılması haqda qərar qəbul edib

ABŞ konqresinin nümayəndələr palatasının üzvləri bir layihə qəbul edərək, bu ölkə prezidentinin müharibə ixtiyarlarını azaldıblar.

ABŞ konqresinin nümayəndələr palatasının üzvləri bir layihə qəbul ediblər ki, ona əsasən, bu ölkənin prezidenti Donald Tramp 2001-ci ildə qəbul olunmuş hərbi addım ixtiyarlarından istifadə edə bilməyəcəkdir.

Deyilənlərə görə, ABŞ konqresinin nümayəndələr palatasının üzvləri ondan nigarandırlar ki, dövlət katibi Mayk Pompeo daxil olmaqla Amerikanın bəzi rəsmilərinin yalan məlumatlar təqdim etmələri Ağ Ev-dəki ekstremistləri digər bir savaşa qata bilər.

ABŞ konqresinin nümayəndələr palatasının üzvü Devid Sisilini Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hook ilə görüşdə deyib: Tramp hökumətinin hərəkətləri Amerikanı son dərəcə təcrid edərək, müharibəyə doğru sövq etdiribdir.

Tehran rəsmiləri daim vurğulayıblar ki, hər cür gərginlikyaratma İran İslam Respublikasının qətiyyətli reaksiyasına səbəb olacaqdır.