İyun 20, 2019 21:38 Asia/Baku
  • Rusiya ABŞ-ın sanksiyaları ilə beynəlxalq mübarizəyə dəstək verir
    Rusiya ABŞ-ın sanksiyaları ilə beynəlxalq mübarizəyə dəstək verir

Rusiya təhlükəsizlik şurasının katibi İranın Amerikanın iqtisadi sanksiyaları ilə mübarizə üçün daimi beynəlxalq mexanizmin yaradılmasına dair təklifinə dəstək verib.

Nikolay Patruşev bu gün Rusiyanın Ufa şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransının sonunda bildirib ki, İran Amerikanın iqtisadi sanksiyaları ilə mübarizə üçün daimi beynəlxalq mexanizmin yaradılmasına dair təklif verib və bu təklif ümumiyyətlə dəstəklənibdir.

Patruşev söhbətinin digər bir hissəsində müxbirlərə deyib: İran Suriyanın qanuni hökumətinin dəvəti ilə bu ölkədədir və terrorizmlə mübarizədə ciddi şəkildə iştirak edir. Bu əsasda Moskva İranın maraqlarını nəzərə almaq üçün səy göstərəcəkdir.

Teqlər