İyun 21, 2019 19:29 Asia/Baku
  • Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstanda Rusiya nümayəndəsinin bu ölkə parlamentində iştirakına etiraz olaraq baş verən toqquşmaların şiddətlənməsinin ardınca Gürcüstan parlamentinin sədri istefa verib.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bu gün istefa verməzdən öncə sabah iyunun 22-dək davam etməli olan Azərbaycan Respublikasına səfərini yarımçıq qoyaraq, ölkəsinə geri dönübdür.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asif Hacıyev Gürcüstan parlamenti sədrinin və onu müşayiət edən heyətin bu gün başlanmış Azərbaycan Respublikasına səfərinin yarımçıq qalmasına reaksiyada deyib: Gürcüstanda gözlənilməz hadisələr baş verməkdədir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Dumasının nümayəndəsi Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olmuş, hökumət müxalifləri ilə polis arasında toqquşma baş vermişdi. Etirazçılar həmçinin Gürcüstan parlamenti sədrinin istefa verməsini istəmişdilər.

Gürcüstan hökuməti ilə müxalif qüvvələr Sergey Qavrilovu Abxaziya və Cənubi Osetiya qondarma respublikalarına dəstək verməkdə ittiham ediblər. Bu qondarma respublikalar SSRİ dağıldıqdan sonra Gürcüstan mərkəzi dövlətindən ayrıldıqlarını elan etdilər.

Teqlər