Almaniyada on minlərlə fəhlə aksiya keçirib
On minlərlə fəhlə Almaniyanın paytaxtında aksiya keçirərək, fəhlələr üçün ədalətli olması məqsədilə şirkətlərin ətraf mühit və rəqəmsal dəyişikliklərini istəyiblər.
Bu aksiya "IG Metall" həmkarlar ittifaqının çağırışına əsasən, şənbə günü keçirilib və bu ittifaqın sədri Yorq Hofmann bildirib ki, aksiyaçılar öz suallarına cavab istəyirlər.
Aksiyaçılar istəyiblər ki, şirkətlər ətraf mühit və rəqəmsal dəyişikliklərə dair siyasətləri real surətdə həyata keçirsinlər və bu dəyişikliklər onların məşğulluq təhlükəsizliyinin xeyrinədir.
"IG Metall" həmkarlar ittifaqının bildirdiyinə görə, bütün Almaniyadan gəlmiş qırmızı geyimdə olan əlli mindən çox nəfər əlinə bayraq götürərək, bu etiraz aksiyasına toplaşmışdı.
Berlin polisi də aksiyaçıların sayını on minlərlə nəfər elan edibdir.
Bir çox sənaye şirkəti, xüsusən avtomobilqayıranlar öz layihələrinin bərpası çərçivəsində başlıca olaraq, təqaüd və müavinət formasında minlərlə iş fürsətinin ləğv edilməsindən xəbər veriblər.