Trampın ABŞ konqresinin qadın üzvlərinə şifahi hücumu davam edir
https://azeri.sahartv.ir/news/dünya-i344482-trampın_abŞ_konqresinin_qadın_üzvlərinə_şifahi_hücumu_davam_edir
ABŞ prezidenti yeni bir twitt-də öz rasist mövqeyinə israr edərək, konqresdəki rənglidərili qadınları himayə etdikləri üçün demokratları tənqid edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2019 14:33 Asia/Baku
  • Trampın ABŞ konqresinin qadın üzvlərinə şifahi hücumu davam edir
    Trampın ABŞ konqresinin qadın üzvlərinə şifahi hücumu davam edir

ABŞ prezidenti yeni bir twitt-də öz rasist mövqeyinə israr edərək, konqresdəki rənglidərili qadınları himayə etdikləri üçün demokratları tənqid edibdir.

Donald Tramp bu gün öz twitter səhifəsində yazıb: Konqresin qadın üzvləri indiyədək siyasətçilər tərəfindən konqresin nümayəndələr palatasında və ya senatda söylənmiş ən nifrətdoğuran, mənfur və iyrənc sözləri dilə gətirdilər, amma yenə də demokratlar partiyasının ağuşu onlar üçün açıqdır.

Tramp əlavə edib: Bu qadın nümayəndələr sionist rejimə və Amerikaya qarşı, həmçinin terrorizmə və bir çox digər hərəkətlərə tərəfdarlıq istiqamətində hövlnak sözləri dilə gətirirlər.