İranda müsadirə olunmuş ingilis tankerin ekipaj üzvləri salamatdırlar
Hindistan xarici işlər nazirliyi bildirib ki, iranlı rəsmilərlə məşvərətdə əminlik əldə olunubdur ki, İranın cənubunda müsadirə olunmuş ingilis tankerin bütün ekipaj üzvləri salamatdırlar.
Hindistanın xarici işlər naziri Cişankar bildirib ki, həmin ölkənin İrandakı səfirliyinin İran sahillərində müsadirə olunmuş ingilis tankerin hind ekipaj üzvlərinin durumu ilə bağlı məşvərəti davam edir. O, deyib: Əminlik əldə olunubdur ki, bütün ekipaj üzvləri, o sıradan 18 hind salamatdırlar və onların azad edilməsi üzrə səylər davam edir.
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın dəniz qüvvələri iyulun 19-da Hormozqan vilayətinin limanlar və gəmiçilik işləri təşkilatının xahişi ilə hadisə törətdiyinə, CPS-i söndürdüyünə və neft tullantılarını boşaltdığına görə, Hörmüz boğazında İngiltərənin "Stena İmpero" adlı tankerini müsadirə etdi.