Nigeriyada Şeyx Zəkzakinin tərəfdarlarının aksiyasında altı nəfər şəhid olub
Nigeriya polisinin Abucada Şeyx İbrahim Zəkzakinin tərəfdarları ilə toqquşmasında azı altı nəfər şəhid olub.
Nigeriya islami hərəkatının baş katibi Şeyx İbrahim Zəkzakinin tərəfdarları Abucada dinc aksiya keçiriblər ki, bu aksiya toqquşma ilə nəticələnibdir.
Müşahidəçilərin, eləcə də hadisədə yerində olan Frans-Press xəbər agentliyi müxbirinin dediyinə görə, bu toqquşmada Nigeriya islami hərəkatının tabeliyində olan azı altı nəfər şəhid olubdur.
Nigeriya islami hərəkatının üzvlərindən olan Əbdullahi Muhəmməd Bəlu deyib: Biz dinc şəkildə və zorakılıq etmədən yürüş keçirməkdə idik və xarici işlər nazirliyi hüdudlarına çatan zaman polis qüvvələri havaya, eləcə də insanlara tərəf atəş açmağa başladılar ki, altı nəfərin cənazəsi mənim gözlərim önündədir.
Nigeriya ordusu 2015-ci ildə Zaria şəhərində Şeyx Zəkzakinin tərəfdarlarının aksiyasına hücum edərək, təqribən min nəfəri, o cümlədən Şeyx Zəkzakinin oğlunu şəhid etdi.