İngiltərə ali məhkəməsi qədim bir işdə İrana qarşı hökm çıxarıb
İngiltərə ali məhkəməsi qədim bir işdə İran İslam Respublikasına qarşı hökm çıxarıb.
İngiltərə ali məhkəməsi bu gün bir hökmdə bildirib ki, "Çiften" tankını istehsal edən ingilis şirkət qırx il bundan öncə bu tip tankı İrana satması ilə bağlı aldığı məbləğdən irəli gələn bütün mənfəəti Tehrana ödəməməlidir.
Bu hökmə əsasən, ingilis tərəfin İrana dəymiş ziyan ilə bağlı ödəməli olduğu məbləğ yenidən hesablanmalıdır.
İranın sabiq rejimi ötən milad əsrinin 70-ci onilliyində 1750 ədəd "Çiften" tankını satın almaq üçün İngiltərə hökumətinə 650 milyon funt-sterlinq ödəmiş, amma devrilməmişdən öncə yalnız onların 185 ədədini təhvil almışdı.
London İslam İnqilabının qələbəsindən sonra onların yerdə qalan hissəsini İrana təhvil verməkdən imtina etdi və onları yeni müqavilə ilə Səddam rejiminə satdı.
İngiltərə hökuməti 2009-cu ildə İrana 450 milyon funt-sterlinq ödəməyə məhkum edildi, amma müxtəlif bəhanələrlə onları ödəməkdən imtina etməkdə davam edir.