Hayko Maas İranla dialoq vacibliyini vurğulayıb
Almaniyanın xarici işlər naziri amerikalı həmkarı ilə telefon söhbətində İranla dialoqun vacibliyini vurğulayıb.
Hayko Maas dünən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon söhbətində vurğulayıb ki, hazırda İranla diplomatiyaya ehtiyaclıyıq.
Hayko Maas dünən də demişdi ki, Almaniya Amerika hökumətinin “İrana qarşı maksimum təzyiq” siyasətinə qatılmayacaq.
Almaniyanın xarici işlər naziri Hörmüz boğazında gəmilərin gediş-gəlişləri ilə bağlı İngiltərənin başçılığı altında Avropa koalisiyasına qatılmaq barədə isə deyibdir ki, Almaniya bu planın hədəfləri barədə daha artıq şəffaflıqdan sonra onda iştirak haqda lazımi qərara gələcəkdir.
İngiltərə elə bir şəraitdə Fars Körfəzində Avropa donanması yaratmaq istəyir ki, bu ölkənin özü bu planın icrası üçün yetərincə gəmiyə malik deyil və İngiltərə dəniz qüvvələrinin kreyser və freqatlarının böyük bir hissəsi təmirdədir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani vurğulayıbdır ki, Fars Körfəzi və Hörmüz boğazının qorunmasının əsas məsuliyyəti İranın və qonşu ölkələrin üzərinə düşür. O, deyib: İran bir ölkənin Fars Körfəzi və Hörmüz boğazında əmin-amansızlıq yaratmasına icazə verməyəcək və İranın bu bölgədəki addımları qarşı tərəfin qanun pozuntularına mütənasib şəkildə atılır.