İyul 28, 2019 18:04 Asia/Baku
  • ABŞ-ın milli borclarına daha 4 trilyon dollar əlavə olunacaq
    ABŞ-ın milli borclarına daha 4 trilyon dollar əlavə olunacaq

Tramp hökuməti Amerikanın yeni büdcə layihəsini qəbul edərək, bu ölkənin borclarına daha 4,1 trilyon dollar əlavə edir.

Amerikanın federal büdcə komitəsi bildirib: Prezident Donald Tramp qarşıdakı günlərdə bu layihəni imzalayaraq, bu ölkənin milli borclarına daha 4,1 trilyon dollar əlavə edəcək.

Amerikanın yeni büdcə layihəsi cümə axşamı günü bu ölkə konqresinin nümayəndələr palatasında qəbul olundu və qərar üzrə qarşıdakı günlərdə senatın təsdiqindən keçməlidir.

Fevral ayında Amerikanın milli borcları 22 trilyon dolları keçdi.

Bununla üçüncü dəfədir ki, Tramp büdcə layihəsini böyük bir kəsirlə konqresə təqdim edərək, qəbul etdiribdir.

Federal büdcə komitəsinin bildirdiyinə görə, Tramp 2017-ci ildən bəri müxtəlif büdcə layihələrini imzalayaraq, indiyədək Amerikanın milli borclarını 2,4 trilyon dollar artırıbdır.

Teqlər