Trampın İran barədəki tarixə zidd iddiası
https://azeri.sahartv.ir/news/dünya-i345368-trampın_İran_barədəki_tarixə_zidd_iddiası
Amerika prezidenti tarixi reallıqlarla təzadlı bir iddiada bildiribdir ki, iranlılar heç vaxt bir müharibədə qalib gəlməyib və heç zaman bir müzakirəni uduzmayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2019 06:20 Asia/Baku
  • Trampın İran barədəki tarixə zidd iddiası
    Trampın İran barədəki tarixə zidd iddiası

Amerika prezidenti tarixi reallıqlarla təzadlı bir iddiada bildiribdir ki, iranlılar heç vaxt bir müharibədə qalib gəlməyib və heç zaman bir müzakirəni uduzmayıblar.

Son həftələr ərzində müxtəlif metodlarla İranla müzakirə məsələsini irəli sürmüş Donald Tramp bu gün səhər tezdən bir twitter mesajında yazıb: Yadda saxlayın ki, iranlılar heç vaxt bir müharibədə qalib gəlməyib və heç zaman bir müzakirəni uduzmayıblar.

ABŞ prezidenti keçən həftə də demişdi ki, onun təbirincə desək, insaflı anlaşmaya çatmaq üçün tələsmir.

Tramp digər bir çıxışda da iddia edibdir ki, İranda quruluşu dəyişmək deyil, kömək və əməkdaşlıq niyyətindədir.

Ağ Ev başçılarının özlərini İranla müzakirə üçün əzmkar göstərməyə çalışmalarının davamında ABŞ-ın dövlət katibi Mayk Pompeo da son zamanlar deyibdir ki, Tehrana səfər etməyə həvəslidir.

Belə bir halda, “Nyu-York Tayms” qəzeti yazıb ki, Trampın İranla müzakirə üzrə təklifləri ciddi deyil və o, öz hökumətinin siyasətini diplomatiya ilə hərbi təhdid arasında qərar vermək niyyətindədir, halbuki onların heç birini reallaşdırmaq niyyətində deyildir.

“Nyu-York Tayms” əlavə edib: Tramp və köməkçiləri bir tərəfdən, bölgəyə hərbi qüvvə, esmines və qırıcı göndərir, digər tərəfdən də deyirlər ki, hərbi qarşıdurma deyil, müzakirə istəyirlər.