İyul 30, 2019 21:30 Asia/Baku
  • Berlinin Londonun dəniz koalisiyasına qatılmasının nəticələri haqda xəbərdarlıq
    Berlinin Londonun dəniz koalisiyasına qatılmasının nəticələri haqda xəbərdarlıq

Bir qrup alman siyasətçi Berlinin Londonun "Hörmüz boğazında gəmilərin təhlükəsizliklərinin təmini" adlı planı üzrə dəniz koalisiyasına qatılmasının təhlükəli nəticələri haqda xəbərdarlıq edib.

Almaniyada çıxan "Bild" qəzeti yazıb: Londonun Hörmüz boğazı və Fars Körfəzində gəmi və tankerlərin qorunması adı altında Avropa ölkələrinin hərbi gəmilərinin iştirakı ilə dəniz kolisiyasının təşkilinə dair təklifi Almaniya rəsmiləri və siyasətçiləri arasında münaqişə yaradan bir mövzuya çevrilibdir.

Bild əlavə edib: Almaniya hökumətinin sözçüsü, müdafiə naziri və xristian-demokrat partiyasının bəzi digər məsul şəxslərinin Almaniyanın bu planda iştirakı ehtimalını mümkünsüz hesab etmədikləri bir halda, xarici işlər nazirliyi bu təklifin icrasını şərtləndiribdir.

Teqlər