Avq 01, 2019 14:56 Asia/Baku
  • Amerikanın Zərifə qarşı sanksiyasına reaksiyalar
    Amerikanın Zərifə qarşı sanksiyasına reaksiyalar

Amerikanın xəzinədarlıq nazirliyinin İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi sanksiya olunmuş şəxslər siyahısına daxil etməsi bir çox reaksiya və tənqidlərə səbəb olubdur.

ABŞ dövət departamentinin sabiq rəsmisi Vendi Şerman bir twitt-də yazıb: Tramp hökumətinin Məhəmməd Cavad Zərifi sanksiya etmək barədəki qərarı müzakirə prosesinə və diplomatiyaya heç bir kömək etməyəcək.

ABŞ dövət departamentinin keçmiş müşaviri və bu ölkənin keçmişdə NATO-da səfiri olmuş Robert Hunter İranın xarici işlər nazirinin sanksiya edilməsini iki ölkə ixtilaflarının şəxsiləşdirilməsi adlandırıb və deyib: Bu addım dialoq kanalını tapmaq üzrə tarixi diplomatiya prinsiplərinə ziddir.

Amerika dövət departamentində nüvə anlaşmasının icrası üzrə sabiq koordinator Carrett Blank da Tramp hökumətinin bəzi üzvlərinin Zərifi sanksiya etmək üzrə cəhdlərinin nəticə verməsinə işarə edərək, bu şəxsləri axmaq, yalançı və təhlükəli adlandırıbdır.

Konnektikut ştatından olan Kris Murfi də Amerikanın xəzinədarlıq nazirliyinin hərəkətinə reaksiyada yazıb: Əgər bizim mövqeyimiz doğrudan da İranla müzakirə etməkdirsə, onda bəlkə həmin ölkənin baş müzakirəçisini sanksiya etməməliyik. Özünüz bilərsiniz.

Nüvə müzakirələrində Amerika heyətinin üzvü Riçard Nefyu öz twitter hesabında bir mesaj yayaraq, yazıb: Zərifin adını sanksiyalar siyahısına salmaq Tramp hökumətinin gülünc hərəkətlərindən biridir. Bu məsələ mənalı bir şəkildə Zərifin diplomatiyasına təsir göstərməyəcək.

Amerikada yaşayan iranlıların milli şurasının sabiq rəisi Trita Parsi də twitt-də yazıb: Trampın Zərifi sanksiya etmək üzrə ağılsız qərarından sonra ümid edirəm ki, medialar daha “Nə üçün İran Trampla müzakirə etmir?” sualını verməkdən əl çəkəcəklər. Trampın komandası öz hərəkətləri ilə göstərir ki, diplomatiya niyyətində deyildir.

 

 

Teqlər