Avq 02, 2019 09:15 Asia/Baku
  • Hindistan Pakistan sərhədinə 25 min hərbi qüvvə göndərib

İslamabad ilə Yeni-Dehli arasında misli görünməmiş gərginliyin ardınca Hindistan hökuməti Pakistan sərhədində öz hərbi qüvvələrinin artmasından xəbər verib.

Hindistan hökuməti dünən gecə bildirib ki, Racesthan və Kəşmir məntəqələrində bu ölkənin Pakistanla sərhədinə 25 min yeni hərbi qüvvə göndəribdir.

25 min hind qüvvəsinin sərhəd məntəqələrinə göndərilməsi elə bir haldadır ki, Pakistanın xarici işlər nazirliyi ötən çərşənbə günü hind sərhəd qüvvələri tərəfindən Kəşmir nəzarət xəttində atəşkəsin pozulmsına etiraz olaraq, bir daha bu ölkənin İslamabaddakı müvəqqəti işlər vəkilini çağırtdırmışdı.

Pakistanın xarici işlər nazirliyi bu çağırışda Yeni-Dehlidən istəyibdir ki, hind qüvvələrin ardıcıl şəkildə atəşkəsi pozmaları və Kəşmir nəzarət xəttində heç bir dəlil olmadan atəş açmalarının qarşısını alsın.

Son bir neçə gün ərzində Hindistan və Pakistan sərhəd qüvvələrinin toqquşmalarında hər iki tərəfdən bir qrup qüvvə öldürülübdür.

Hindistan və Pakistanın sərhəd qüvvələri daim Kəşmir nəzarət xəttində bir-birilərinin mövqelərini hədəfə alaraq, bir-birilərini atəşkəsi pozmaqda ittiham edirlər.

Teqlər