Tramp CNN aparıcısını təhqir edib
-
Tramp CNN aparıcısını təhqir edib
ABŞ prezidenti bir daha özü ilə müxalif olan mediaları hücuma məruz qoyub və CNN telekanalının aparıcısını "axmaq" adlandırıb.
Donald Tramp öz twitter səhifəsində yazıb: CNN telekanalından Don Lemon, televiziyada ən axmaq insandır.
Trampın bu təhqiri CNN aparıcısının ona ABŞ konqresindəki rənglidərili qadın nümayəndələrə qarşı son rasistcəsinə sözləri ilə bağlı sual verməsindən sonra edilibdir.
Tramp bu twitt-də iddia edibdir ki, dünyada heç kəs onun qədər rasiszmdən uzaq deyildir.
Amerikada "Pyu" müəssisəsinin rəy sorğusunun nəticələrinə əsasən, bu ölkə əhalisinin 56 faizi bu qənaətdədir ki, Trampın prezidentliyi dövründə rasistcəsinə rəftarlar daha da kəskinləşibdir.
Həmçinin Amerika xalqının təqribən 65 faizi deyir ki, Trampın hakimiyyətə gəldiyi gündən bu ölkədə rasistcəsinə baxışlar barədə söhbət daha artıq rəvac tapıbdır.