Avq 03, 2019 19:25 Asia/Baku
  • Rusiya Amerikanın yeni sanksiyalarına reaksiya verib
    Rusiya Amerikanın yeni sanksiyalarına reaksiya verib

Amerikanın Rusiyaya qarşı sanksiyalarının ikinci paketinin tətbiq olunmasını təhrikedici addım adlandıran Rusiya xarici işlər nazirliyinin sözçüsü bunu Vaşinqtonun Moskvanı öz daxili və xarici siyasətlərini dəyişdirməyə məcbur etməkdə aciz qalmasının nişanəsi kimi dəyərləndirib.

"Rossiyskaya qazeta"nın məlumatına görə, Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: Amerika İngiltərədəki sabiq rus casusu Sergey Skripalın zəhərlənməsi mövzusundan Moskvaya təzyiq göstərməyin davamı üçün istifadə edibdir.

Zaxarovanın sözlərinə görə, Skripalın zəhərlənməsi bir daha Amerikanın bioloji və kimyəvi silahlara nəzarət barədə 1991-ci ildə qəbul olunmuş qanuna əsasən, Rusiyaya qarşı sanksiyaları üçün bir bəhanəyə çevrilibdir.

Rusiya xarici işlər nazirliyinin sözçüsü vurğulayıb ki, bu ölkə Amerikanın əksinə olaraq, özünün bütün kimyəvi silah ehtiyatlarını məhv edib, halbuki amerikan tərəf elə bu günədək bu istiqamətdə bir addım atmayıbdır.

Teqlər