Avq 04, 2019 13:36 Asia/Baku
  • İspaniyada evsizlər etiraz ediblər
    İspaniyada evsizlər etiraz ediblər

Evsizlər İspaniyanın paytaxında, bu ölkənin səhiyyə və sosial rifah nazirliyinin önündə çadır quraraq, hökumətin onların məişət durumuna məhəl qoymamasına etiraz ediblər.

Evsiz şəxslər dünən üzərlərində "Heç kəs evsiz olmamalıdır!" şüarı yazılmış çadırlarını xarici turistlərə nümayiş etdiriblər.

Madrid meri, mühafizəkar "Xalq" partiyasından olan Xose Luid Martins Almida evsizlərin bu hərəkətini tənqid edib və belə deyib: Ümumi mühiti qanunsuz şəkildə işğal etmək və onu hökumətə təzyiq göstərmək vasitəsinə çevirmək olmaz.

İspaniya səhiyyə və sosial rifah nazirliyinin statistikasına əsasən, bu ölkədə 33 min evsiz mövcuddur.

2008-ci ildən 2013-cü ilədək olan müddətdə Avropada hökm sürmüş iqtisadi böhranın nəticələri hələ də İspaniya iqtisadiyyatını özü ilə məşğul edibdir.

 

Teqlər