Pxenyanın raket sınaqları davam edir
-
Pxenyanın raket sınaqları davam edir
Cənubi Koreya ordusu bildirib ki, Şimali Koreya bu ölkənin şərq sahilindən iki raket atıbdır.
Yunhap informasiya agentliyi Cənubi Koreya ordusuna istinadla xəbər veribdir ki, qeyd olunan raketlər bu gün səhər tezdən Şimali Koreyanın şərq sahilindən atılıbdır.
Bundan öncə Şimali Koreyanın informasiya agentliyi ABŞ ilə Cənubi Koreyanın birgə manevrinə etiraz olaraq, xəbərdarlıq etmişdi ki, Pxenyan bu manevrlərin davam edəcəyi təqdirdə "yeni yol" axtara bilər.
Son iki həftədə dördüncü dəfədir ki, Şimlai Koreya raket sınağı keçirir. Pxenyan öncəki üç sınaqda qısa mənzilli ballistik raket növünü və yeni raket sistemini sınamışdı.
Şimali Koreyanın rəhbəri ölkəsinin ötənhəftəki sınaqlarını Amerika ilə birgə manevrləri, həmçinin yeni texnologiyalara malik silahlar idxal etməyi dayandırması üçün Cənubi Koreyaya xəbərdarlıq adlandırmışdı.