Avq 08, 2019 19:21 Asia/Baku
  • Moqerini Hindistan və Pakistanı danışıqlara çağırıb
    Moqerini Hindistan və Pakistanı danışıqlara çağırıb

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Hindistan və Pakistandan istəyibdir ki, Hindistanın nəzarəti altında olan Kəşmir məsələsini danışıqlar yolu ilə həll etsinlər.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar və Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə telefon əlaqəsində Kəşmirdə gərginliklərin şiddətlənməsindən çəkinməyin önəmini vurğulayıb.

Moqerini vurğulayıb ki, Hindistan ilə Pakistan arasında diplomatik dialoqlar zəruridir.

Hindistan bazar ertəsi günü bu ölkənin nəzarəti altında olan Kəşmir məntəqəsinin muxtariyyətini ləğv etdi.

Teqlər