Avq 10, 2019 17:15 Asia/Baku
  • Almaniyada məscidlərə hücumlar artıb
    Almaniyada məscidlərə hücumlar artıb

Almaniyada islamofob qrupların məscidlərə hücumları nəzərəçarpacaq dərəcədə artıbdır.

Almaniya müsəlmanları mərkəzi şurasının sədri İmen Məziq bildirib ki, bu ölkədə məscidlərə hücumların miqdarı barədə statistika yalnız polisə məlumat verilmiş halları əks etdirir və məscidlərə qarşı təhdid və hücumların real miqdarı haqda məlumat yoxdur.

Bu təhdid və hücumların artmasının ardınca hazırda Almaniya müsəlmanlar cəmiyyəti bu ölkə hökumətindən istəyir ki, islamofobiya ilə mübarizə üçün xüsusi bölmə təsis etsin.

İyul ayında Almaniya məscidlərində vaxtaşırı bombayerləşdirmə və ya məscidlərə qarşı hücum ilə bağlı on beş hal qeydə alınıb və bu ölkə müsəlmanlarının mərkəzi şurasının məscidləri də 20 dəfə təhdidlə üzləşibdir. Ən çox təhdidlər neonasist qüruplar tərəfindən edilir.

Teqlər