Avq 16, 2019 10:37 Asia/Baku
  • Şeyx Zəkzaki Yeni-Dehlini tərk edib
    Şeyx Zəkzaki Yeni-Dehlini tərk edib

Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki öz müalicə prosesindən narazı olduğuna, təhlükəsizlik məhdudiyyətlərinə və etimadediləsi həkimlərin olmamasına görə, dünən gecə Yeni-Dehlidən Nigeriyanın paytaxtı Abucaya geri dönüb.

Şeyx İbrahim Zəkzaki dünən bir video-mesajda öz səhhətini qeyri-münasib adlandırıb. Bildirib ki, Nigeriya hökuməti onun sağlamlıq durumu barədə Hindistan hökumətinə qeyri-düzgün informasiya verib və onun müalicəsini əngəlləyibdir.

Bundan öncə də Şeyx Zəkzakinin qızı və ona yaxın bir neçə mənbə, eləcə də Nigeriya İslam Hərəkatının fəalları xəbərdarlıq etmişdilər ki, o, əslində xəstəxanada həbsdədir və onun müalicə prosesi başlanmayıbdır.

London İslami İnsan Haqları Mərkəziinin məsul şəxsi Məsud Şəcərənin sözlərinə görə, Şeyx Zəkzakinin Hindistandakı müalicə vəziyyəti çox pis idi və onunla cinayətkar kimi rəftar edilirdi.

Nigeriya İslam Hərəkatı bildiribdir ki, bu ölkə hökuməti həmin hərəkatın rəhbəri Şeyx İbrahim Zəkzakini qətlə yetirməyə çalışır.

Teqlər