Almaniya Trampın beynəlxalq siyasətinin fəsadları barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i346633-almaniya_trampın_beynəlxalq_siyasətinin_fəsadları_barədə_xəbərdarlıq_edib
Almaniya xarici işlər naziri ABŞ prezidentinin xarici siyasətlərinin dünya iqtisadiyyatına mənfi nəticələri barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2019 15:45 Asia/Baku
  • Almaniya Trampın beynəlxalq siyasətinin fəsadları barədə xəbərdarlıq edib

Almaniya xarici işlər naziri ABŞ prezidentinin xarici siyasətlərinin dünya iqtisadiyyatına mənfi nəticələri barədə xəbərdarlıq edib.

İRİB-in verdiyi məlumata görə, Hayko Mas bu gün Tvitter səhifəsində yazıb: Donald Trampın siyasətləri hamıya xüsusiylə cəmiyyətlərin aztəminatlı təbəqəsinə ziyan vuracaq.

Almaniya XİN başçısı yazıb: Beynəlxalq ticarət dayanarsa varlı ailələr alıcılıq qabiliyyətlərinin 25 faizini, yoxsul təbəqə isə 60 faizini itirəcəkdir.

Trampın ABŞ-ın daxili ixtehsalına dəstək siyasəti və ümumdünya ticarət qanunlarını pozması Ağ evin avropalı ortaqları eləcə də Çin və Kanadanın mənfi reaksiyası ilə üzləşib.

Trampın Çin və Avropa birliyi mallarına qarşı tariflər tətbiq etməsi müqabil tərəflərin oxşar qarşılıqlı tədbirlərinə səbəb olub.