Hindistan üçüncü ölkənin Kəşmir məsələsinə qarışmasını rədd edib
Hindistanın baş naziri üçüncü ölkənin Kəşmir məsələsinə hər cür qarışması və vasitəçiliyini rədd edib.
Hindistanda çıxan "Ekonomik Times" qəzeti yazıb: Hindistanın baş naziri Narendra Mudi dünən Fransanın Biarrits şəhərində keçirilən yeddilər qrupunun sammitinin kənarında ABŞ prezidenti Donald Trampla görüşdən sonra vurğulayıb: Pakistan ilə Hindistan arasındakı bütün məsələlər ikitərəflidir və üçüncü ölkənin müdaxiləsinə ehtiyac yoxdur və mövcud problem və ixtilafları ikitərəfli şəkildə həll edə bilərik.
Kəşmir məsələsi üstündə Pakistan ilə Hindistan arasında gərginliyin yeni mərhələsinın qızışması ilə İslamabad BMT daxil olmaqla beynəlxalq oyunçuların bu məsələnin həllinə müdaxilə etmələrini istəmişdi.
Hindistanın baş naziri avqustun 5-də Hindistan Kəşmirində muxtariyyətin ləğv edilməsinə dair qərarından xəbər verdi ki, bu məsələ kəşmirlilərin və Pakistanın geniş etirazı ilə üzləşdi.