Sen 01, 2019 10:11 Asia/Baku
  • Şeyx Zəkzakinin vəziyyəti ağırdır
    Şeyx Zəkzakinin vəziyyəti ağırdır

London islami insan haqları komissiyası bildirib ki, Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki Hindistanda münasib müalicə kursu keçməyib. Bu komissiya vurğulayıb ki, Zəkzakinin durumu ağır olmaqda davam edir.

London islami insan haqları komissiyası Nigeriya hökumətinin xəfiyyə amillərinin Hindistanda iştiraklarının Şeyx Zəkzakinin müalicəsi prosesinə xələlin gəlməsinə səbəb olduqlarını bildirib. Qeyd edib ki, Nigeriya İslam Hərəkatının rəhbəri ağır xəstədir və təcili müalicəyə ehtiyaclıdır.

Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki və həyat yoldaşı avqustun 12-də müalicə üçün Hindistana getdilər, amma müalicə prosesi, təhlükəsizlik məhdudiyyətləri və etimadediləsi həkimlərin olmamasından narazı olduqlarına görə, üç gündən sonra Hindistanın paytaxtı Yeni-Dehlidən Nigeriyanın paytaxtı Abucaya geri döndülər.

Xəfiyyə qüvvələri Abuca hava limanına daxil olduqdan sonra Şeyx Zəkzaki ilə həyat yoldaşını naməlum məkana köçürüblər.

Teqlər