Sen 01, 2019 16:56 Asia/Baku
  • Xəzər dənizində sabit təhlükəsizlik dəniz manevri başlanıb

İran İslam Respublikası ordusunun dəniz qoşunlarının “Sabit təhlükəsizlik 98” dəniz manevri sülh və dostluq mesajı göndərərək, Xəzər dənizi sularında başlanıb.

“Sabit təhlükəsizlik 98” dəniz manevri dənizdə qabiliyyət və hazırlığın yüksəldilməsi məqsədi və ordunun dəniz qüvvələrinin uçuş və dəniz bölmələrinin, o cümlədən döyüş esminesləri, raketatan gəmilər, sabit qanadlı təyyarələr və vertolyotların, həmçinin dəniz piyadaları və kommandoslarının iştirakı ilə Xəzər dənizində başlanıb.

Bu dəniz manevri İran İslam Respublikasının Xəzər dənizindəki 20 failzik hakimiyyət bölgəsində, 25 min 800 millik bir ərazidə keçirilir. Bu zaman əlaqə xətlərinin mühafizəsi və İranın ölkə sularının qorunması üzrə hücum və müdafiə ssenariləri həyata keçirilir.

 

Teqlər