Moskva AB-nin anti-rus sanksiyalarının uzadılmasına reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i348016-moskva_ab_nin_anti_rus_sanksiyalarının_uzadılmasına_reaksiya_verib
Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, Avropa Birliyinin bu ölkəyə qarşı sanksiyalarının uzadılması avropalılar üçün ziyanlı olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2019 13:41 Asia/Baku
  • Moskva AB-nin anti-rus sanksiyalarının uzadılmasına reaksiya verib
    Moskva AB-nin anti-rus sanksiyalarının uzadılmasına reaksiya verib

Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, Avropa Birliyinin bu ölkəyə qarşı sanksiyalarının uzadılması avropalılar üçün ziyanlı olacaq.

Mariya Zaxarova bu gün deyib: Özü breksit və digər problemlərlə əlbəyaxa olan Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları uzatması əslində bu birlik üçün dağıdıcı olacaq.

Bu rus rəsmi əlavə edib: Rusiyaya qarşı sanksiyaların uzadılması və xüsusən enerji sahəsində həmkarlıq barədə Amerika tərəfindən təzyiqin hiss olunması, Avropa Birliyinin özü üçün qeyri-konstruktivdir.

Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib: Moskva hələ də Avropa Birliyinin sanksiyaları və onun uzadılmasını qanunsuz hesab edir, amma bilir ki, bu qərar Amerikanın təzyiqi altında qəbul edilibdir.

Avropa Birliyinə üzv ölkələrin nümayəndələri son zamanlar razılığa gəldilər ki, sentyabrın 15-də qurtarmalı olan Rusiyanın fiziki və hüquqi şəxslərindən bir qrupuna qarşı məhdudiyyətlər davam etsin.

Deyilənlərə görə, Avropa Birliyi bu qərarı gələn həftə rəsmi şəkildə qəbul və icra edəcək.