Rusiyadan Google və Facebook-a xəbərdarlıq: Seçki təbliğatı qadağandır!
https://azeri.sahartv.ir/news/dünya-i348133-rusiyadan_google_və_facebook_a_xəbərdarlıq_seçki_təbliğatı_qadağandır!
Rusiya hökuməti amerikan Google və Facebook şirkətlərinə xəbərdarlıq edib ki, həmin ölkənin yerli seçkilərində siyasi təbliğatdan çəkinsinlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2019 07:22 Asia/Baku
  • Rusiyadan Google və Facebook-a xəbərdarlıq: Seçki təbliğatı qadağandır!
    Rusiyadan Google və Facebook-a xəbərdarlıq: Seçki təbliğatı qadağandır!

Rusiya hökuməti amerikan Google və Facebook şirkətlərinə xəbərdarlıq edib ki, həmin ölkənin yerli seçkilərində siyasi təbliğatdan çəkinsinlər.

Rusiyada virtual mühitə dövlət nəzarət xidməti- Roskomnadzor dünən bildirib ki, Google və Facebook-dan bazar günü və ondan öncəki gündə Rusiya qanunlarına əsasən, yerli seçkilər boyu siyasi təbliğat aparmanın qarşısını almalarını istəyibdir.

Bu rus orqan bildirib ki, Google və Facebook-un bu müraciətə məhəl qoymamaları Rusiyanın hökumət məsələlərinə müdaxiliə hesab olunacaq.

Sabah paytaxt Moskva daxil olmaqla Rusiyanın bir neçə bölgəsində yerli seçkilər keçiriləcək.