Sen 08, 2019 15:40 Asia/Baku
  • Havana: Amerika Venesuela və Kubada böhran amilidir
    Havana: Amerika Venesuela və Kubada böhran amilidir

Kuba prezidenti Trampı bu ölkədə, eləcə də Venesuealada böhran və xalqın zərər çəkməsinin amili adlandırıb.

Migel Dias-Kanel bu gün öz twitter səhifəsində yazıb: Amerika hökuməti Venesuela və Kubaya qarşı sanksiyaları şiddətləndirərək, bu iki ölkənin adi əhalisinə ziyan vurur ki, bu, Ağ Ev-in siyasətlərinin uğursuzluğunun nişanəsidir.

Dias-Kanel əlavə edib: Amerika yalan, töhmət və riyakarlıqla Venesuelaya və Kubaya qarşı təzyiqlərini şiddətləndirir, ancaq biz müqavimətlə bu təzyiqlərə qalib gələcəyik.

Amerikanın qanunsuz sanksiylarından irəli gələn iqtisadi problemlər neçə aydır ki, Venesuelanı problemlərlə üzləşdiribdir.

Venesuelada iqtisadi böhran bu ölkədə qida və dərman çatışmazlığına, həmçinin ölkə boyu və ardıcıl elektrik kəsilmələrinə bais olubdur.

 

Teqlər