Rusiyanın yerli seçkilərində hakim partiya əksəriyyəti qoruyub saxlayıb
-
Rusiyanın yerli seçkilərində hakim partiya əksəriyyəti qoruyub saxlayıb
Rusiyada hakim partiya bu ölkənin yerli seçkilərində öz əksəriyyətini qoruyub saxlaya bilibdir.
Rusiya mərkəzi seçki komissiyası bildirib ki, bazargünkü seçkilərin ilkin nəticələrinə əsasən, bu ölkənin prezidenti Vladimir Putini himayə edən hakim "Vahid Rusiya" partiyası parlamentin 45 yerindən 26 yeri əldə edərək, öz əksəriyyətini qoruyub.
Rusiya xalqı dünən 16 muxtar respublika və muxtar vilayətin başçılarını, yerli qanunvericiləri, qubernatorları və şəhər şuralarının sədrlərini seçmək üçün bu ölkədə yerləşən 85 seçki dairəsindəki beş mindən çox seçki məntəqəsinə müraciət edərək, səs veribdir.
Parlament üzrə ara seçkiləində hakim partiyanın rəqibləri, o cümlədən kommunist partiyası 13, Yabloko partiyası üç, "Ədalətli Rusiya" partiyası da üç yer əldə ediblər.